
Skaloni ilə yeni müqavilə imzalandığı rəsmən açıqlandı
- 28 Fev 2023 00:49
- 373
Argentina yığmasının baş məşqşçisi Lionel Skaloninin postunda qalacağı dəqiqləşib.
Rekord.az xəbər verir ki, Argentina Futbol Federasiyası 44 yaşlı mütəxəssislə yeni müqavilə imzalandığını açıqlayıb.
Tərəflər arasındakı yeni sözləşmə 2026-cı ilə qədər nəzərdə tutulub.
Skaloni 2018-ci ildən çalışdırdığı Argentina yığmasına 28 il sonra ilk dəfə Amerika kuboku, 36 il sonra isə dünya çempionluğu sevinci yaşadıb.