
"Simurq"un sabiq kapitanı futbolla vidalaşdı
- 17 Avq 2022 12:00
- 724
"Zaqatala" klubunda ayrılıq baş verib.
.
Rekord.az xəbər verir ki, komandanın ən təcrübəli futbolçusu Aleksandr Şemonayev klubu tərk edib.
38 yaşlı futbolçu tək "Zaqatala"dan yox, ümumiyyətlə, futboldan ayrılıb. "Simurq"un sabiq kapitanı futbolçu karyerasını başa vurub. Onun bundan sonra hansı işlə məşğul olacağı məlum deyil.
Qeyd edək ki, Şemonayev karyerası ərzində AZAL, "Xəzər Lənkəran", "Zirə" klublarında da forma geyinib.