
"Sevilya" İsko ilə razılığa gəldiyini açıqladı
- 08 Avq 2022 19:42
- 453
“Sevilya” Madrid “Real”ının sabiq yarımmüdafiəçisi İsko ilə müqavilə imzalamaq üçün prinsipial razılığa gəldiyini açıqlayıb.
Rekord.az xəbər verir ki, 30 yaşlı ispaniyalı tibbi müayinədən uğurla keçəcəyi təqdirdə 2024-cü ilin yayına qədər onunla müqavilə imzalanacaq.
Yarımmüdafiəçi artıq Sevilyaya gəlib və tibbi müayinədən keçəcək.