“Heydər Əliyev İli” ilə əlaqədar yeniyetmələr arasında cüdo üzrə Şərur rayon açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, gənclər və idman idarəsinin idman zalında keçirilən birincilikdə 11 çəki dərəcəsi üzrə 40-dan çox cüdoçu qüvvəsini sınayıb.

Nəticələrə əsasən Amin Qurbanov, Tunar Hüseynov, Davud Məmmədzadə, Həsən Həsənli, Yusif Nağıyev, Adəm Nağıyev, Hüseyn Axundov, Abdulla Cəfərov, Məhəmməd Şaxtaxtinski, Arif Cabbarov və Məhərrəm Cəfərov öz çəki dərəcələrində birinci olublar. İlk üç yerin sahibləri dilplomla təltif edilib.