Azərbaycan Basketbol Liqasının 15-ci turunda daha bir oyun keçirilib.


Rekord.az xəbər verir ki, B qrupunun matçında "Sumqayıt" doğma meydanda "Sərhədçi"ni qəbul edib.


Qarşılaşma qonaqların 98:94 hesablı qələbəsi ilə bitib.


Turun əvvəlki oyunlarında "Lənkəran" - "Ordu"nu (103:63), "Naxçıvan" isə "Quba"nı (82:70) məğlub edib.


Azərbaycan Basketbol Liqasında 15-ci tura fevralın 1-də yekun vurulacaq.