Azərbaycan Basketbol Liqasının 6-cı turunda daha bir matç keçirilib.


Rekord.az xəbər verir ki, B qrupunda "Quba" evdə "Sərhədçi" ilə qarşılaşıb.


Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların 86:82 hesablı qələbəsi ilə başa çatıb.


Bu gün B qrupunda daha bir görüş baş tutacaq. "Naxçıvan" "Ordu" ilə üz-üzə gələcək. Bu matç Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.


Turun ötən gün keçirilən matçında "Sumqayıt" "Lənkəran"ı 98:94 hesabı ilə məğlub edib.