Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 10-cu turunun növbəti oyunu baş tutub.

Rekord.az xəbər verir ki, "Cəlilabad" doğma azarkeşləri qarşısında "Sərhədçi"ni qəbul edib.

Bərabər mübarizə şəraitində keçən oyunun yekununda "Sərhədçi" 97:92 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular "Cəlilabad"da Zaur Paşayev (27 xal, 7 ribaund), "Sərhədçi"də Brendon Miller (27 xal, 10 asist) olublar.