
Sənan Qurbanov Amil Yunanovu əvəzedici komandaya göndərdi
- 23 Fev 2022 14:02
- 930
Bir vaxtlar Premyer Liqamızın bombardiri olan, milli komandaya belə, dəvət alan Amil Yunanovun "Keşlə"dəki durumu ürəkaçan deyil.
Rekord.az xəbər verir ki, baş məşqçi Sənan Qurbanov heç vəhclə ona oynamaq şansı vermir.
Hətta "Neftçi" ilə son matçdan sonra onu əvəzedici komandaya göndərib. Yunanov əvəzedicilərin heyətində I Divizion çərçivəsində "Sabah-2"-ə qarşı dünən keçirilən oyunda meydançaya da çıxıb. Bu gedişlə, baş məşqçi dəyişikliyi olmasa, Yunanov böyük ehtimalla mövsümün sonunda "Keşlə"dən ayrılacaq.