Azərbaycanda yeni futbol klubu yaradılıb.

Rekord.az xəbər verir ki, "Qala" adlanan klub yeni mövsümdən Region Liqasında mübarizə aparacaq.

"Qala" Şəmkir şəhərini təmsil edəcək. Komandanı əslən bu bölgədən olan bir qrup iş adamı yaradıb və maliyyələşdirəcək.

Klubun təsisçisi, prezidenti və oynayan məşqçisi Vüsal Məmmədov, baş məşqçisi Elşad Mirzəyev, mətbuat katibi Səbuhi Qılıncbəylidir.

"Qala" ev oyunlarını Şəmkir Olimpiya Kompleksində keçirəcək. Artıq bir neçə yoxlama oyununda qüvvələrini sınayıblar.

Onlardan biri “Kəpəz-2”yə qarşı olub. “Qala” xaliq Mərdanovun çalışdırdığı komanda ilə görüşdən 2:3 hesablı məğlubiyyətlə ayrılıb.