Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə "Şahin" hərbi-idman oyunun Şəmkir rayon Birinciliyi keçirilib. Yarışda aşağıdakı 5 məktəb iştirak etmişdir:

1.Dəllər Cırdaxan məktəbi

2.Çinarlı 2 saylı məktəb

3.Morul məktəbi

4.Koltəhnəli məktəbi

5.Seyfəli kənd məktəbi

Yarışın əsasnaməsinə uyğun olaraq hərbi-idman oyunu təşkil edilmişdir.

Yarışda1-ci yerə Koltəhnəli məktəbinin komandası, 2-ci yer Dəllər Cırdaxan məktəbinin komandası, 3-cü yer Çinarlı 2 saylı məktəbin komandası layiq görülmüşdür.

Qeyd edirik ki, hərbi-idman oyunu 5 orqanın birgə qərarı əsasında təşkil edilir. Yarışında keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi psixoloji və hərbi fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir.

Şəmkir rayon Yaşar Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbin komandası rayon birinciliyinin qalibi olmuşdur.

27 aprel 2023-cü il tarixdə Goranboy rayonunda keçiriləcək Şahin hərbi idman oyununun Qazax-Gəncə zonası üzrə yarışda Şəmkir rayonunu təmsil etmək hüququ qazanmışdır.

Qalibləri Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir rayon Təhsil sektorunun metodisti Tural Novruzov, Şəmkir rayon Təhsil sektorunun metodist əvəzi Məhəmməd Həşimov təltif etmişdir.