Şəmkir Olimpiya İdman Kompleksində U-17 Dünya çempionatının bürünc medalçısı Hakim Tağıyevin qarşılanma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə rayon ziyalıları, idmançının ailə üzvləri və idman ictimaiyyəti iştirak edib.       

Qeyd edək ki, 2 avqust 2025-ci il tarixdə Yunanıstanın paytaxtı Afinada  keçirilən U-17 Dünya çempionatında sərbəst güləş üzrə Şəmkir Uşaq Gənclər İdman Məktəbinin baş məşqçi-müəllimi Rakif Məmmədovun yetirməsi Hakim Tağıyev 110 kq çəki dərəcəsində bürünc medal qazanıbdır.