Bu gün Region Liqasında keçirilən "Göyəzən"(Qazax) - "Şəki" matçında maraqlı hadisə baş verib.

Belə ki, qonaq komanda oyuna məcburən "Göyəzən"in səfər formalarıyla çıxıb.

Rekord.az xəbər verir ki, şəkililərin öz formalarının gecikməsinə səbəb baş verən yol qəzası olub. 

Bakıdan yola düşən və içərisində "Şəki"nin 4 əsas heyət oyunçusu ilə komandanın öz formaları olan avtomobil qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan olmayıb.

"Göyəzən" klubunun prezidenti Mehdi Salmanov isə 1 dəst formanı rəqibə verərək oyunun baş tutmasını təmin edib.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 7:3 hesablı qələbəsiylə başa çatıb.

"Şəki"nin öz formalarını təqdim edirik:

8e232ec4 5966 48f6 bf1b 2bc4692b9d05

b171e5e1 8159 47ea a7ee 201135f25f5b

Offsideplus.az