27 aprel 2023-cü il tarixdə Şəki şəhər Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə Oğuz, Zaqatala, Qax, Qəbələ, Tərtər və Goranboy rayonlarını təmsil edən komandalar mübarizə aparıb.

Komandalar müxtəlif mərhələlərdə qüvvə və bacarıqlarını sınayıblar. Oğuzu bu yarışda layiqincə təmsil edən Nail İbrahimli adına Oğuz şəhər 3 N-li məktəb-liseyin komandası zona mərhələsinin ikincisi olub.