"Region Liqası"nda mübarizə aparan Şəkinin "Marxal" komandası da I Divizionda oynamaq haqda düşünür.

Rekord.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk matçında "Xəzər Lənkəran 42"ni 3:1 hesabı ilə məğlub edən Şəki təmsilçisi çempion olacağı halda PFL-ə müraciət etmək istəyir.

Düzdür, bunun üçün komandanın özünün də sponsoru olmalıdır və rəhbərlik hazırda bu yöndə də çalışmalarını sürdürür. Çatan məlumata görə, rayon rəhbərliyinə də müraciət planlaşdırılır.