
“Səhvlərimizdən dərs çıxaracağıq” - Dambrauskas
- 01:06
- 38
"Levski"ni qələbə münasibətilə təbrik edirəm. Oyun taktiki cəhətdən mübarizə ilə yadda qaldı. Biz rəqibdən bunu gözləyirdik. Planımız var idi və futbolçular onu yerinə yetirdilər".
Rekord.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Levski" ilə ilk matçdan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Litvalı mütəxəssis səfər matçında qeydə alınmış 0:1 hesablı məğlubiyyəti şərh edib:
"İlk hissədə oyunun gedişinə nəzarət edə bildik. Rəqibə ciddi şanlar vermədik. Ümumilikdə, oyun bərabər getdi. Fasilədən sonra yaxşı qol imkanlarımız oldu. Ümid edirəm, Bakıda da eyni oyun olacaq və biz revanş ala biləcəyik. Bir qol üstün olmaq həmişə yaxşıdır, amma irəlidə 90 dəqiqə var. Səhvlərimizdən dərs çıxaracağıq. "Petrokub"la oyunda da bu yaşanmışdı. "Levski" güclü rəqibdir və favoritdir, amma biz qələbə qazanmağa çalışacağıq".