Azərbaycan Respublikası Gənclər Fondunun "İdeyanı reallaşdır 2022" qrant müsabiqəsinin qalibi olmuş "Şəhid futbolçu Nəriman Əlizadənin xatirəsinə həsr olunmuş məktəblərarası mini-futbol turniri" layihəsinin Biləsuvar Olimpiya İdman kompleksində açılış mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, ilk öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Turnirin açılışında rayon rəsmiləri, şəhid ailələri iştirak və çıxış edərək gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında bucür layihələrin əhəmiyyətindən danışıblar, yarışda iştirak edən komandalara uğurlar arzulayıblar.

Daha sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə əsasən, Xırmandalı 1 saylı tam orta məktəbi, Şəhər 4 saylı tam orta məktəb, Bağbanlar kənd tam orta məktəb, Xırmandalı 2 saylı tam orta məktəb, Şəhər 1 saylı tam orta məktəb, Şəhər 2 saylı tam orta məkrəb, Əsgərəbad kən tam orta məktəb, Dərvişli kənd tam orta məktəb komandaları qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, layihə Biləsuvar Rayon Gənclər və İdman İdarəsi, Biləsuvar Gənclər evi, Şirvan-Salyan Regional Təhsil İdarəsi və MGİD ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.