"Şəfa" klubu növbəti futbolçu transferini açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

Klub Luis Felipe da Silva Rodrigezlə anlaşıb. 25 yaşlı braziliyalı hücumçu ilə "1+1" illik müqavilə imzalanıb.

Xatırladaq ki, oyunçu son olaraq Albaniyanın "Vora" klubunda çıxış edib. Ölkəsində isə "Boavişta", "Parana", "Kaldense", "Banqu Atletiko", "Sentro Sportivo Alaqoano", "İpatinqa" və "Volta Redonda" klublarının formasını geyinib.