Zədədən əziyyət çəkən "Sabah"ın futbolçusu Kristian Sebalyos sıraya dönüb.

Rekord.az xəbər verir ki, futbolçu artıq kollektiv məşqlərə qoşulub.

Lakin onun növbəti turda "Keşlə"yə qarşı oynamaq şansı yüksək deyil. Futbolçunun zədədən yeni döndüyünü nəzərə alan baş məşqçi Murad Musayev futbolçunun adını oyun üçün sifariş versə də, yəqin ki, meydançaya buraxmayacaq.