
“Səbail”lə “Zirə”yə 800 manatlıq cərimə
- 18 Mar 2022 16:45
- 464
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” - “Keşlə” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” - “Zirə” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.