
“Səbail”in Gürcüstandakı rəqibləri bəlli oldu
- 19 İyl 2022 19:44
- 458
Yeni mövsümə hazırlığı davam etdirən “Səbail”in Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər müəyyənləşib.
Rekord.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanov futbolçularını 3 yoxlama oyununda sınaqdan keçirəcək.
Sözügedən komanda iyulun 22-də Tiflis “Dinamo”su ilə qarşılaşacaq. Bu oyuna saat 19:00-da start veriləcək.
İyulun 25-də “Qaqra” ilə qarşılaşacaq “dənizçilər”, ayın 29-da da “Dila”nı sınağa çəkəcək. Bu oyunlar isə eyni saatda 18:15-də başlayacaq.