
"Səbail"in futbolçuları özlərini və klubu ələ saldı VİDEO
- 06 Mar 2022 17:00
- 635
"Səbail"in futbolçusu Əfran İsmayılovun "Neftçi"yə qarşı Premyer Liqanın XVIII tur matçından öncə klubun rəsmi instaqram səhifəsinə müsahibəsi zamanı komanda yoldaşı Rauf Əliyevlə düşdükləri duruma görə zarafat etməsi də bunu deməyə əsas verir.
Vidoedan da göründüyü kimi klubun Mətbuat katibi Mehriban Mürsəlova İsmayılova "Növbəti 10 turda səni və komandanı necə görəcəyik" sualı ünvanlanlayır.
Həmin vaxt oradan keçən Əliyev 34 yaşlı yarımmüdafiəçini ələ salmaq məqsədilə ilə ona "Bu barədə nə deyə bilərsiniz" sualı verir.
Özünü itirməyən İsmayılov "Mən bununla, bu futbolçularla növbəti 10 tur haqqında nə deyim? Qarşıdakı turlarda ancaq qaranlıq görürəm" söyləyərək əslində acı reallığı etiraf edib: