
“Səbail”i Mərdəkana buraxmayan AFFA bu cür kömək etdi
- 07 Mar 2022 13:00
- 807
Məlum olduğu kimi, Bayıldakı süni örtüklü meydança bərbad durumda olduğundan “Səbail” qışdan sonra ev oyunlarını Mərdəkandakı “Dalğa Arena”da keçirmək üçün AFFA-ya müraciət etsə də mənfi cavab almışdı.
Rekord.az xəbər verir ki, Mərdəkandakı stadionun gündəlik qrafik baxımından dolu olduğunu əsas gətirən federasiya öz klubuna “yox” demişdi.
Əvəzində bu yaxınlarda başqa cür kömək edib. Belə ki, “Səbail”ə həftə ərzində bir dəfə BOS-un ehtiyat meydançasına məşq keçmək üçün icazə verilib.