Hazırda Premyer Liqada maddi baxımdan ən çox sıxıntı çəkən "Səbail" də qış hazırlığını Antalyada keçirəcək.

Rekord.az xəbər verir ki, bu səfərin baş tutması sual altında idi.

Çünki klubun rəsmi sponsoru olan Bakı Gəmiqayırma Zavodu bunun üçün vəsait ayırmağı düşünmürdü. Lakin son anda AFFA səfər xərcini üzərinə götürmək qərarına gəlib.