
“Səbail”dən yeni transfer
- 26 İyl 2025 23:40
- 42
“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü “İmişli”də keçirmiş Bahadur Həziyevlə 1+1 illik müqavilə imzalanıb.
O, daha öncə də "Səbail"də çıxış edib və 2024-ci ilin yayında "dənizçilər"i tərk edib.