329 nömrəli tam orta məktəbdə Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi Əsasnaməyə müvafiq olaraq “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki gənclərin vətənpərvərlik, milli qurur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərmək məqsədi ilə keçirilən yarışda I, II və III yerləri tutmuş komandalar Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar ilə təltif olunmuşlar.

132-134 nömrəli Təhsil Kompleksi “Şahin” hərbi-idman oyununun Bakı zona birinciliyinə vəsiqə qazanmışdır.