Son mövsümün yekunlarına əsasən I Liqaya düşən "Səbail"də baş məşqi ilə rəhbərlik arasında görüş keçirilib.

Rekord.az-a açıqlamasında bununla bağlı məlumatı Bayıl təmsilçisinin baş məşqçisi Elvin Məmmədov verib.

Onun sözlərinə görə görüş müsbət məcrada olub: "Rəhbərliklə görüşümüz yaxşı keçdi,  istəklərimiz üst-üstə düşdü, yekdil qərarımız da o oldu ki, komanda yenidən Premyer Liqaya qayıtmalıdır. Maliyyə məsələsində də hər şey qaydasındadır. Düzdür,  büdcənin nə qədər olması rəhbərliyə aid olan məsələdir, amma mənə deyilən söz o oldu ki, istədiyin futbolçuları gətirə bilərsən, bu barədə problem olmayacaq".