"Səbail" Qubaya köçür, adı dəyişdirilir - ÖZƏL
- 12:54
- 52
I Liqada mövsümü uğursuz keçirərək Premyer Liqadan kənarda qalan "Səbail"in sahibləri dəyişir. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, klub gələn mövsümdən Qubaya köçə bilər. Buna səbəb yeni sponsorların bu şəhərdən olmaları və doğma yeri təmsil etmək istəmələridir.
"Səbail"in adının da dəyişdirilməsi gündəmdədir. Klubun yeni mövsümdən fəaliyyətini "Quba" adı altında davam etdirməsi planlaşdırılır.