"Səbail"in növbəti mövsümlə bağlı ciddi planları var.

Rekord.az-a daxil olan məlumata görə komanda Premyer Liqada qalacağı halda rəhbərlik büdcəni ciddi şəkildə artıracaq.

Artıq bununla bağlı qərar qəbul olunub. Hətta ediləcək transferlərin əksəriyyətinin siyahlısı da tutulub,onların bəziləri ilə danışıqlara da başlanılıb. Lakin bir məsələ var. Bütün bunların reallaşması üçün komanda Premyer Liqada qalmalıdır. Buna görə də baş məşqçi Şahin Diniyevin qarşısına qoyulan əsas hədəf elitada yerini qorumaqdı.