
“Səbail” növbəti transferini rəsmiləşdirdi
- 05 Avq 2025 21:00
- 57
Yeni mövsümdə 1-ci Liqada çıxış edəcək “Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Dənizçilər" Zahir Mirzəzadə ilə müqavilə imzalayıblar. Sözləşmənin müddəti 1+1 illikdir.
Mirzəzadə ötən mövsümü “Cəbrayıl”da keçirib.