
"Səbail" kapitanı saxlayacaq
- 08 Mar 2022 15:00
- 693
"Səbail"in gələcəyi ilə bağlı əksər məsələlər hələlik həllini tapmayıb. Bunun üçün klub rəhbərliyi ilə baş məşqçi Aftandil Hacıyev arasında görüş keçirilməlidir.
Bununla belə, Rekord.az-a daxil olan məlumata görə, bəzi aparıcı futbolçulara yeni müqavilələr təklif olunacaq.
Əldə etdiyimiz məlumata görə, kapitan Rahid Əmirquliyev böyük ehtimalla növbəti mövsümdə də "Səbail"in formasını geyinəcək. Belə ki, ona komandada qalmaq təklif olunub.