"Səbail" aprel ayından etibarən "ASK Arena"ya köçə bilər.

Rekord.az xəbər verir ki, Bayıl təmsilçisinin rəhbərliyi bununla bağlı AFFA-ya müraciət ünvanlamağı düşünür.

Məlum olduğu kimi, "ASCO Arena"nın süni örtüklü qazonu bərbad durumdadır. Düzdür, Keşlədəki stadionun qazonu da ideal deyil. Amma Bayıldakı stadiona baxanda nisbətən normaldı. O da məlumdur ki, "Keşlə" martln 18-dən etibarən Şamaxıya köçür və ev oyunlarını sözügedən rayonda keçirəcək. "ASK Arena" isə boş qalacaq. "Səbail" də bu durumdan yararlanmaq niyyətindədir. 

Qeyd edək ki, "ASCO Arena"nın süni örtüyü yayda yeni süni örtüklə əvəzlənəcək.