
“Şaxtyor”dan 18 milyon avroluq transfer
- 12 Yan 2022 17:46
- 542
“Ayaks”ın futbolçusu David Neres karyerasını Ukraynada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 24 yaşlı hücumçu “Şaxtyor”la razılaşıb.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Neres yaxın zamanda “Şaxtyor”la müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayacaq.
Donetsk təmsilçisi braziliyalı oyunçu üçün “Ayaks”a 18 milyon avro ödəyəcək.
Neres bu mövsüm “Ayaks”la 22 oyunda 4 qol vurub.