
Saşa İliç "Sumqayıt"ın oyunundan narazı qalıb
- 24 İyl 2025 12:00
- 224
"İmişli" ilə dünənki yoxlama görüşündən öncə Saşa İliçin kefi yaxşı idi.
Rekord.az xəbər verir ki, "Sumqayıt"ın yeni baş məşqçisi klub nümayəndələri ilə hal-əhval tutur, hətta zarafatlaşırdı.
Nə oldusa, oyundan sonra oldu. Serbiyalının qanı birdən birə bərk qaraldı. Birbaşa "Socar Polimery Arena"dakı otağına gedən İliç hətta jurnalistlərə açıqlama verməkdən də imtina etdi. Otağından da çox gec çıxdı. Demək olar ki, stadionda heç kim qalmamışdı. Deyilənə görə, yoxlama görüşü olsa da, komandasının "İmişli"yə qarşı oyunundan çox narazı qalıb. Keçirilən məşqlərin qarşılığı olaraq, futbolçularından daha baxımlı və daha istəkli oyun gözləyirniş.
Qeyd edək ki, ümumilikdə sönük keçən oyunda hesab açılmayıb.