Samux rayonunda  "Heydər Əliyev İli"nə həsr olunmuş "Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçiriləcək.

Rekord.az xəbər verir ki, yarış 20 aprel, saat 11:00-da start götürəcək.

Yarışın keçiriləcəyi məkan Samux şəhəri, 1 saylı tam orta məktəbidir.