Dünən səfərdə "Qarabağ"I 2:1 hesabı ilə məğlub edərək Premyer Liqada qalmaq məsələsini həll edən "Sumqayıt" böyük ölçüdə baş məşqçi Samir Abasovla yola davam edəcək.

Lakin Rekord.az-a daxil olan məlumata görə, Abasov "Zirə" ilə son tur matçından sonra klub prezidenti Riad Rəfiyevlə görüşəcək.

Görüş zamanı baş məşqçi bəzi istəklərini proqram şəklində ortaya qoyacaq. Buraya xüsusilə yeni futbolçu transferləri, legioner seçimləri daxildi. Həmçinin büdcə ilə bağlı məsələyə də tam aydınlıq gəlməlidir. Baş məşqçi hazırkı heyətdə köklü dəyişiklik edib, tamamilə yeni, iddialı heyət formalaşdırmaq istəyir.