
Sambou alınmadı, "Qarabağ" ondan da güclüsünə elçi düşdü - ÖZƏL
- 17:07
- 690
Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Qarabağ" hücum xəttindəki problemini çözməyə çalışır. "Rekord.az" xəbər verir ki, ilkin hədəf "Loryan"lı Sambu Somuanodu. Ancaq danışıqlar çətin gedir və dayanmaq üzrədir. Buna səbəb Fransa klubunun qiyməti dəfə qaldırmasıdı.
Belə ki, ilkin danışıqlarda hücumçusuna görə 2,5 milyon avro istəyən "Loryan", sonradan fikrini dəyişib. "Qarabağ"ın ÇL-ə düşməsini görərək qiyməti 4,5 milyon avroya qaldırmaq qərarına gələn klub, bununla transferə ciddi maneə törədiblər. Ağdamlılar rəqəmi 3,5 milyona qədər endirməyi bacarıblar. Ancaq bu keçidin alınma ehtimalı azalıb, böyük ehtimalla baş tutmayacaq.
Əvəzində "Qarabağ" üzünü başqa namizədə çevirib. Təmsilçimiz "Srvena Zvezda"nın təcrübəli forvardı Şerif Ndiayeyə "elçi düşüb". Bazar qiyməti 5 milyon avro olan seneqallı hücumçu üçün "köhlən atlar" 3,5 milyon avro təklif edirlər. Serb klubu hələ konkret cavab verməyib. Ancaq bu durum "Qarabağ"ı narahat edir. Çünki UEFA-ya son siyahının təqdim edilməsi üçün cəmi 1 gün qalıb.
Yazar haqqında
