Yeni rəhbərliyin təyinatından sonra “Şamaxı”da kadr dəyişikliyi gerçəkləşdi.

Rekord.az xəbər verir ki, bir neçə gün öncə isə Ramiz Məmmədovla Orxan Fikrətoğlunun klubun Müşahidə Şurasında yer alacağına dair xəbərlər yayıldı. Məlumatı dəqiqləşdirmək üçün Ramiz Məmmədovla əlaqə saxlasaq da, mütəxəssis dəqiq bir söz demədi. Klubun açıqlama verməsini gözləyən mütəxəssis rəsmi xəbərdən sonra danışa biləcəyini bildirdi.

Bunu nəzərə alaraq kluba yeni təyin olunan baş menecer Kamran İsmayılovla əlaqə saxladıq. Onun Football-plus.az” saytına açıqlaması belə oldu:
 

“Bəli, Ramiz Məmmədov klubun Müşahidə Şurasının üzvüdü. Orxan Fikrətoğlu barədə isə məlumatım yoxdu. Buna baxmayaraq, “Müşahidə Şurasının üzvü deyil” deyə də bilmərəm. Çünki qurumun tərkibinin tam olaraq kimlərdən ibarət olduğunu bilmirəm. Lakin Ramiz Məmmədovla bağlı xəbəri təsdiq edə bilərəm”.