"Şamaxı"nın büdcəsi bəlli olmasa da, futbolçuların maaş cədvəli ilə bağlı müəyyən məlumatlar əldə etmişik.

Rekord.az-a daxil olan məlumata görə, bölgə təmsilçisi futbolçularına elə də yüksək maaş vermir.

Bəzi yaşlı və təcrübəli futbolçuların aylıq maaşı maksimum 3000, 3500 manat civarındadır. Gənc və təcrübəsiz futbolçular isə bir qayda olaraq, 1500-2000 manat aralığında əmək haqqı alacaq.