“Şamaxı”nın yay təlim-məşq toplanışı zamanı yoxlama oyununda üz-üzə gələcəyi daha bir rəqib müəyyənləşib.


Rekord.az xəbər verir ki, sözügedən komanda “Sumqayıt”la qarşılaşacaq. 


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Qarşılaşma avqustun 3-də Qəbələ şəhər stadionunda keçiriləcək.


Xatırladaq ki, “Şamaxı” daha öncə “Qəbələ” ilə qarşılaşıb və 1:2 hesabıyla uduzub.