“Şamaxı”dan “Turan Tovuz”a
- 22:30
- 34
“Şamaxı” futbolçusu Dioqo Balaunun transferi ilə bağlı “Turan Tovuz”la razılıq əldə edib.
Rekord.az xəbər verir ki, geridə qalan mövsümün əvvəlində bu komandaya qoşulan Balau “Şamaxı” forması ilə 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Klub Balauya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.
“Turan Tovuz” isə portyqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Son mövsümdə Premyer Liqada 31 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı futbolçu yay transfer dövründə klubun ilk transferidir.