
Şamaxıda yeni stadion tikiləcək ÖZƏL!
- 27 Fev 2023 17:00
- 1880
Yaxın illərdə Şamaxı futbolunda və "Şamaxı" futbolunda yaxşıya doğru çox ciddi dəyişikliklər baş verəcəyi gözlənilir.
Bununla bağlı Rekord.az-a etibarlı mənbədən məlumatlar daxil olub.
İlk məlumat "Şamaxı"ya yeni sponsorun cəlb olunacağı ilə bağlıdır. Ölkənin iri şirkətlərindən birinin klubu sponsorluğa götürəcəyi gözlənilir. Bundan başqa, Şamaxıda yeni, daha böyük və daha müasir stadionun tikilməsi də planlaşdırılır. Yeni stadion hazırkı stadionla eyni məhəllədə, ancaq bir qədər yuxarıda planlaşdırılır. Hələlik, tutumla bağlı hər hansı qərar verilməyib və ilkin layihə üzərində işlərə hazırlıq gedir. Elə AFFA prezidenti Rövnəq Abdulayevin Şamaxıya qəfil səfəri, icra başçısıilə birlikdə "Şamaxı" - "Sabah" matçını stadiondan canlı izləməsi də bununla bağlı olub.