
"Şamaxı"da az maaşa oynamağa razıdı
- 25 İyl 2025 15:00
- 248
"Şamaxı"nın düşərgəsində baxışda olan Abdullahi Şuaybu ilə bağlı qərar gələn həftə veriləcək.
Rekord.az xəbər verir ki, "Kəpəz"in sabiq futbolçusu ötən mövsümü I Liqada "Qəbələ"də keçirib.
Lakin komanda Premyer Liqaya vəsiqə qazanandan sonra bölgə klubuna lazım olmayıb və ona yeni müqavilə təklif olunmayıb. Belə olan halda futbolçu "Şamaxı"nın düşərgəsinə gəlib. Əldə etdiyimiz məlumata görə, Şuaybu "Şamaxı"da az maaşa da oynamağa razıdı, yetər ki, baş məşqçi Ayxan Abbasov onu saxlamağa qərar versin.