I Liqada 15-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün 3 görüş baş tutub.

“Difai Ağsu” - “Şamaxı” matçı qolsuz bitib. “İrəvan” “Mingəçevir”ə tək qolla qalib gəlib. “Zaqatala” isə bu dəfə “İmişli”yə uduzub.

Hazırda “Şamaxı”, “Qaradağ Lökbatan” və “İmişli”nin 29 xalı var. 27 xala malik “Karvan” 4-cü pillədə qərarlaşıb.

I Liqa
15-ci tur

22 fevral

“İrəvan” – “Mingəçevir” 1:0
Qol: Samir Qurbanov, 15.
“ASK Arena”, 13:00.

“Zaqatala” – “İmişli” 1:2
Qollar: Cavad Qurbanlı, 44 – Elşən Abdullayev, 4; 26.
Zaqatala OİK stadionu, 14:00.

“Difai Ağsu” – “Şamaxı” 0:0
Şamaxı şəhər stadionu, 15:00.

Turun digər oyunları:
MOİK – “Qaradağ Lökbatan” 2:2
“Karvan” – “Araz Saatlı” 1:0