Bu Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Şamaxı" "Sabah"ı qəbul edir.

 

Rekord.az xəbər verir ki, matçın oynanılacağı Şamaxı şəhər stadionu oyuna tam hazırdı.

 

Baxmayaraq ki, dünən sözügedən rayona güclü qar yağıb, lakin hazırda günəşli hava hökm sürür. Qar isə çox-çox öncədən təmizlənib.