Hazırda tamamilə yerli futbolçulardan təşkil olunan "Şamaxı" qışdan sonra da bu strategiya ilə davam edəcək.

Rekord.az xəbər verir ki, qış transfreləri üçün böyük büdcə də nəzərdə tutulmayıb.

Saytımıza daxil olan məlumata görə, hazırkı heyət 80-90 faiz qorunub-saxlanılacaq. Əvəzində komanda qış toplanışını ölkə xaricində keçəcək. Böyük ehtimalla Şamaxı təmsilçisi Antalyaya yollanacaq. Artıq həmin şəhərdə otel axtarışına da start verilib.