
Şamaxı İcra Hakimiyyətinin nümayəndəsi yoxlama görüşünə 3 manatdan bilet satıb FOTOLAR
- 16 İyl 2022 09:00
- 854
Azərbaycanda adi yoxlama oyunu üçün üç manatdan bilet satılıb.
Rekord.az-ın xəbərinə görə, belə baha bilet satışı dünən Şamaxı şəhər stadionunda keçirilən “Şamaxı” və “Turan Tovuz” komandaları arasında keçiriləcək matç üçün olub.
Saat 18:00-da başlabab qeyri-rəsmi matç üçün bölgədə belə qiymətə biletin satılması absurd yanaşmadır. Çünki hətta klublarımızın beynəlxalq oyunlarında belə, ən ucuz biletin maksimum qiyməti 2 manatdan o tərəfə keçmir. Deməli, klub rəhbəri hələ də müəyyən olmayan “Şamaxı”da kimlərsə pul qazanmaq niyyətindədir. Bölgə əhalisi üçün isə üç manat az pul deyil.
Bu elanı sosial şəbəkələrdə paylaşan şəxs Şamaxı Rayon İcra Hakimiyyətində işləyən İlqar Novruzovdur. O daha əvvəl də 9 apreldə keçirilmiş Azərbaycan Premyer Liqasının “Şamaxı” – “Neftçi” oyunu üçün 2 manata bilet satıldığını açıqlamışdı.
Həmin şəxs oxu.az-a açıqlamasında elanda göstərilən nömrənin ona məxsus olduğunu, “Şamaxı TV” səhifəsinin şəhərdə ən böyük izləyiciyə sahib olduğu üçün bilet satışına kömək etdiyini bildirib.