
Şamaxı icra hakimiyyəti kluba pul ayırmayacaq
- 07 Mar 2022 12:00
- 784
Xəbər verdiyimiz kimi, “Keşlə” martın 18-dən etibarən ev oyunlarını Şamaxıda keçirməlidir.
Rekord.az xəbər verir ki, həmin gün komanda “Şamaxı” adı ilə ilk dəfə meydançaya çıxacaq və “Sumqayıt”ı qəbul edəcək.
Bu köçdən sonra müəyyən fikirlər yaranır ki, Şamaxının icra hakimiyyəti komandaya hansı formada yardım edəcək. Saytımızın əldə etdiyi məlumata görə, maddi dəstək birmənalı şəkildə olmayacaq. Yəni klub daha öncə olduğu kimi, yenə də AFFA-dan maliyyələşəcək. Təbii ki, Zaur Axundov da öz biznesindən müəyyən vəsait ayıracaq. Rayon rəhbərliyi sırf təşkilati işləri üzərinə götürəcək.