Növbəti mövüsmdən I Divizionda çıxış edəcək "Şamaxı-2" ciddi sıxıntı yaşayır.

Rekord.az xəbər verir ki, ilk növbədə komanda ev oyunlarını keçirmək üçün stadion məsələsini tam həll etməlidir.

Rəhbərlik ikinci komandanın da Şamaxıda oynamasıüçün çalışdıqlarını desə də, hələlik bu məsələ təsdiqlənməyib. Bakıda isə boş stadion tapmaq qəliz məsələdir. Daha ciddi problem isə heyətlə bağlıdır. Belə ki, əsas komanda daha çox yerli gənclərə güvəndiyi üçün keçən il "Şamaxı-2"də oynamış əksər futbolçular A komandaya cəlb olunub. Çətin vəziyyətdə qalan əvəzedici komandanın baş məşqçisi Zaur İsmayılov isə məcburiyyətdən U-19 komandasının futbolçularını heyətə cəlb edib. Lakin bu futbolçularla I Divizionda oynamaq müşkül məsələ olduğu üçün futbolçu axtarışları davam edir.