
“Şalke” Rusiya şirkəti ilə əməkdaşlığı ləğv etdi
- 28 Fev 2022 19:00
- 491
Almaniyanın “Şalke” klubu Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığı dayandırıb.
Rekord.az 2-ci Bundesliqa təmsilçisinin rəsmi “Tvitter” hesabına istinadən xəbər verir ki, klub müqaviləni vaxtından əvvəl ləğv etdiyini açıqlayıb.
Almaniya klubunun bu addımına səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsi olub.