Sakin Məmmədzadənin yubileyi futbol matçı ilə qeyd edilib
- 13:00
- 41
Oktyabrın 25-də Lənkəranda Cənub Regional Futbol Federasiyasının prezidenti, mütəxəssis Sakin Məmmədzadənin 65 illik yubileyinə həsr olunmuş yoldaşlıq matçı keçirilib. "Rekord.az" xəbər verir ki, qarşılaşmada futbol veteranları üz-üzə gəliblər. Görüş Lənkəranın "Xəzər" və Azərbaycan milli komandasının sabiq üzvləri arasında olub.
Milli komandanın heyətində Arif Əsədov, Emin Quliyev, Tərlan Əhmədov, Alim Qurbanov, Mahmud Qurbanov kimi tanınmış futbolçular meydanda çıxıblar. Maraqlı və dostluq şəraitində keçən matç milli komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunöncəsi tədbirdə iştirakçılar yubiley münasibətilə diplom və hədiyyələrlə təltif olunublar.